Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə “İstanbul Klinika”da aparılan yoxlama qanunsuzluql...
“İstanbul Klinika”da aparılan yoxlama qanunsuzluqları aşkar etdi
Hadisə

“İstanbul Klinika”da aparılan yoxlama qanunsuzluqları aşkar etdi

Xpress.az Redaksiyası 29.12.2025 09:45

“İstanbul Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.

Keçirilmiş plandan kənar yoxlama zamanı klinikada lisenziyadan kənar dermatoloji iş və faəliyyətlə məşğul olunması, sertifikatsız praktiki tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilib və protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə klinikaya 7 min manat cərimə yazılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək