İqtisadiyyat
Gəncə şəhərində 235 ədəd avtobusun kasko sığorta olunmasına 1.7 milyon xərclənəcək
Xpress.az Redaksiyası
30.12.2025 12:44
Gəncə şəhərində 235 ədəd avtobusun kasko sığorta olunmasına 1 716 710 AZN sərf olunacaq.
Sığorta xidməti “Paşa Sığorta” ASC-yə verilib.
“Bakubus” MMC və “Paşa Sığorta” arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.