Hadisə Şamaxı rayonunun İstiqlal küçəsi ev 16 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Ömərov Rahim Paşa oğluna məxsus yaşayış evində qaz sızma nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.