Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Mikroavtobus aşdı -
Mikroavtobus aşdı -
Hadisə

Mikroavtobus aşdı - Ölən və yaralananlar var

Xpress.az Redaksiyası 03.01.2026 20:47

Astara rayonunda mikroavtobus qəzaya uğrayıb.

Hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir. 

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək