Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Azərbaycan qazı Türkiyənin enerji xəritəsini tam...
“Azərbaycan qazı Türkiyənin enerji xəritəsini tam dəyişdirəcək”
İqtisadiyyat

“Azərbaycan qazı Türkiyənin enerji xəritəsini tam dəyişdirəcək” – Hasan Oktay açıqladı

Xpress.az Redaksiyası 06.01.2026 11:00

"Azərbaycan ilə Türkiyə arasında imzalanmış 33 milyard kubmetrlik qaz tədarükü sazişi 2029-cu ildən qüvvəyə minəcək və 15 il müddətinə şamil olunacaq. Bu, Türkiyənin enerji strategiyasında yalnız bir kontrakt deyil, həm də strateji baxımdan oyun dəyişdirici addımdır”, – deyə Ankarada fəaliyyət göstərən Kafkasya Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri və qurucusu Hasan Oktay Xpress.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu sazişin təsirini üç əsas istiqamətdə qiymətləndirmək olar:
Enerji Təhlükəsizliyi:
“Türkiyənin illik təbii qaz istehlakı təxminən 50–60 milyard kubmetrdir. Bu müqavilə ilə ölkənin ehtiyacının böyük hissəsi ‘qardaş ölkə’dən təmin olunacaq. TANAP boru xətti vasitəsilə birbaşa gələn Azərbaycan qazı qlobal böhranlar zamanı ən təhlükəsiz təchizat kanalıdır. Eyni zamanda bu razılaşma Türkiyəyə digər tədarükçülərlə gələcək müqavilələrdə güclü mövqe qazandırır”, – deyə Oktay vurğulayıb.
Qiymət Sabitliyi və İqtisadi Təsir:
“15 illik uzunmüddətli müqavilə enerji xərclərini proqnozlaşdırıla bilən edir. Sabit və ya neft endeksli qiymətlər sənaye və ev təsərrüfatları üçün stabil şərait yaradır, valyuta çıxışını nəzarətdə saxlayır və inflyasiya ilə mübarizəyə dəstək olur”, – o əlavə edib.
Regional Enerji Mərkəzi Stratejiyası:
“Bu saziş Türkiyənin Avropa üçün regional enerji ‘köprüsü’ olmaq vizyonunu gücləndirir. Türkiyə ehtiyacdan artıq qazı və ya sistemə daxil olan qazın bir hissəsini Balkanlar və Avropaya ötürərək regional qiymət müəyyənedici (hub) rolunu oynaya bilər. TANAP-ın tam gücü ilə işləməsi isə nəqliyyat xərclərini azaldır və enerji infrastrukturunun səmərəliliyini artırır”, – deyə Oktay qeyd edib.
Nəticə:
“Bu strateji addım Türkiyənin enerji balansında ‘xarici asılılıq’ anlayışını ‘qarşılıqlı asılılıq və güvən’ modelinə çevirir. 2029-cu ildən qüvvəyə minməsi ilə Türkiyə yerli qazı (Sakarya Qaz Sahəsi) xarici tədarüklə birləşdirərək enerji xərclərini minimuma endirə biləcək”, – Hasan Oktay vurğulayıb.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək