Dəhşətli hadisə: İşçi cinsiyyət orqanını isti yapışqanla yandırıb
Rusiyanın cənubunda yerləşən Taqanroq şəhərində bir fabrikdə ağır istehsalat qəzası baş verib. Yanvarın 5-də qablaşdırma şöbəsində çalışan işçi ehtiyatsızlıq nəticəsində üzərinə isti yapışqan dolu qab aşıraraq ciddi xəsarət alıb.
Məlumata görə, kişi yıxılaraq içərisində isti yapışqan olan qaba dəyib və nəticədə təxminən 380 dərəcə Selsi temperaturunda olan yapışqan onun üzərinə dağılıb. Ən ciddi zədələr qasıq nahiyəsində qeydə alınıb.
Privet-Rostov.ru saytının mənbələrə istinadən verdiyi məlumata görə, yüksək temperatur zərərçəkənin dərisini demək olar ki, tamamilə məhv edib. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər omba nahiyəsindən dəri transplantasiyası aparılması və xayaların çıxarılması ehtimalını nəzərdən keçirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır, istehsalatda təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması yoxlanılır.