Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya İki böyük telefon markasına yeni xüsusiyyətlər gəl...
İki böyük telefon markasına yeni xüsusiyyətlər gəlir
Texnologiya

İki böyük telefon markasına yeni xüsusiyyətlər gəlir

Xpress.az Redaksiyası 12.01.2026 18:02

Unicode Konsorsiumu tərəfindən Emoji 18.0 çərçivəsində qiymətləndirməyə alınan 9 yeni emoji iPhone və Android telefonlara gəlmək üçün gün sayır. Sentyabr ayında dəqiqləşməsi gözlənilən siyahıda turşu, meteor, dəniz fənəri“mühakimə edən baxış” kimi diqqətçəkən yeni ifadələr yer alır.
Rəqəmsal ünsiyyətin ayrılmaz hissəsinə çevrilən emojilərə yeniləri əlavə olunur. Unicode Konsorsiumu ağıllı telefon dünyasına daxil olmağa namizəd olan yeni emoji siyahısını ictimaiyyətlə paylaşıb.

Emoji 18.0 yeniləməsi çərçivəsində nəzərdən keçirilən bu yeni simvollar təsdiqləndiyi təqdirdə həm iPhone, həm də Android cihazlarda istifadə olunacaq.

İki böyük telefon markasına yeni xüsusiyyətlər gəlir… – Şəkil: 1

SİYAHIDA NƏLƏR VAR?

Emojipedia-nın paylaşdığı məlumata görə, hazırda qiymətləndirmə mərhələsində olan ilkin siyahıda 9 fərqli simvol diqqət çəkir. İstifadəçilərin yaxın zamanda mesajlaşmada istifadə edə biləcəyi namizəd emojilər bunlardır:

  • Gözlərini qıyaraq baxan (mühakimə edən) üz ifadəsi

  • Sağa və sola işarə edən baş barmaq hərəkətləri

  • Turşu

  • Dəniz fənəri

  • Meteor

  • Pozan (silgi)

  • Saplı tor

  • Monarx kəpənəyi

Proses Necə Davam Edəcək?

Yeni emojilərin taleyi üçün diqqətlər sentyabr ayına yönəlib. Yekun siyahının bu tarixdə dəqiqləşməsi gözlənilir. Lakin siyahının təsdiqlənməsi emojilərin dərhal telefonlara gələcəyi anlamına gəlmir. Apple və Google kimi texnologiya nəhənglərinin bu yeni simvolları öz dizayn dillərinə uyğunlaşdıraraq əməliyyat sistemlərinə inteqrasiya etmələri lazımdır.

Xüsusilə iPhone tərəfində yeni emojilərin istifadəyə verilməsi müəyyən təqvimə bağlıdır. Apple-ın bu dizaynları iOS yeniləmələri vasitəsilə yayması planlaşdırılır. Mövcud planlara əsasən, bu 9 yeni emojinin iOS 27 ilə birlikdə 2026-cı ilin sonları və ya 2027-ci ilin əvvəllərində istifadəçilərin ixtiyarına verilməsi gözlənilir.

Səlahiyyətli şəxslər siyahının hələ də layihə mərhələsində olduğunu və Unicode-un baxış prosesi zamanı bəzi dəyişikliklərin edilə biləcəyini də xatırladırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək