Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Sətdar Nəbiyevin ölümündə
Sətdar Nəbiyevin ölümündə
Hadisə

Sətdar Nəbiyevin ölümündə ŞÜBHƏLƏR MÜƏYYƏN EDİLİB

Xpress.az Redaksiyası 12.01.2026 20:18

Şəki rayonunda ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalar zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxıldığı və aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək