Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya "Müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi:...
"Müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi: maarifləndirmənin rolu”
Texnologiya

"Müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi: maarifləndirmənin rolu”

Xpress.az Redaksiyası 14.01.2026 19:44

Müasir dövrdə rəqəmsal texnologiyalar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. İnternet, sosial şəbəkələr, onlayn oyunlar və bəzi mənfi məqsədli təhsil platformaları uşaqlara bilik və ünsiyyət imkanları yaratsa da, eyni zamanda informasiya təhlükəsizliyi ilə bağlı ciddi risklər doğura bilər. Bu səbəbdən uşaqların rəqəmsal mühitdə qorunması üçün məqsədyönlü və davamlı maarifləndirici işlərin aparılması zəruridir.

Rəqəmsal mühitdə mövcud risklər...

 Uşaqlar internetdə müxtəlif təhlükələrlə üzləşə bilərlər. Bunlara yaşa uyğun olmayan məzmun, kibertəhqir (cyberbullying), şəxsi məlumatların oğurlanması, saxta profillər vasitəsilə aldatma, eləcə də psixoloji asılılıq daxildir. Bu risklər uşaqların psixoloji inkişafına, sosial münasibətlərinə və ümumi təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə də maarifləndirmə işləri bu risklərin qarşısının alınmasına yönəlməlidir.

Uşaqlar üçün naarifləndirmənin əsas hədəf qrupu uşaqların özləridir. 
  Onlara sadə və anlaşılan dildə internetdə təhlükəsiz davranış qaydaları izah edilməlidir. Uşaqlar bilməlidirlər ki, şəxsi məlumatların (ad, ünvan, məktəb, şəkillər və s.) paylaşılması təhlükə yarada bilər. Tanımadıqları şəxslərlə onlayn ünsiyyətdən çəkinmək, şübhəli linklərə daxil olmamaq və narahatlıq doğuran hallarda böyüklərə müraciət etmək vərdişi formalaşdırılmalıdır. Bu işlər interaktiv dərslər, animasiyalar, oyunlar və müzakirələr vasitəsilə daha effektiv həyata keçirilə bilər.

Valideynlərin maarifləndirilməsinin əhəmiyyəti

Valideynlər uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayırlar. Onlar texniki nəzarət vasitələrindən istifadə etməyi, valideyn nəzarət proqramlarını qurmağı və sosial şəbəkələrin gizlilik ayarlarını tənzimləməyi bacarmalıdırlar. Eyni zamanda valideynlər uşaqlarla açıq ünsiyyət qurmalı, onları qorxutmadan və qadağalarla sıxmadan düzgün istiqamətləndirməlidirlər. Valideynlər üçün seminarlar, onlayn təlimlər və maarifləndirici tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu xususda orta ümumtəhsil məktəblərin rolu

Məktəblər rəqəmsal savadlılığın formalaşmasında mühüm platformadır. Tədris prosesinə “rəqəmsal təhlükəsizlik” mövzusunda dərslərin daxil edilməsi, real nümunələr üzərində müzakirələrin aparılması və kibertəhqirə qarşı məktəbdə səmərəli üsul və vasitələrdən istifadə edilməsi olduqca vacibdir. Müəllimlər və məktəb psixoloqları bu sahədə xüsusi təlimlərdən keçməli, uşaqlara həm texniki, həm də psixoloji dəstək göstərməlidirlər.

Media və cəmiyyətin iştirakı

Kütləvi informasiya vasitələri və sosial platformalar da maarifləndirmə prosesində aktiv iştirak etməlidir. Televiziya və internet resurslarında maarifləndirici sosial çarxlar, məqalələr və proqramlar yayımlanmalı, uşaqlar üçün təhlükəsiz və keyfiyyətli məzmun istehsal edilməlidir. Qeyri-hökumət təşkilatları və ictimai birliklər kampaniyalar, layihələr və təlimlər vasitəsilə bu sahədə cəmiyyətin diqqətini artırmalıdırlar.

Birsözlə, rəqəmsal dünyada uşaqların informasiya təhlükəsizliyi yalnız texniki tədbirlərlə deyil, genişmiqyaslı və davamlı maarifləndirmə yolu ilə təmin edilə bilər. Uşaq, valideyn, məktəb və cəmiyyət arasında əməkdaşlıq qurulduğu halda uşaqlar rəqəmsal mühitdə daha təhlükəsiz və məsuliyyətli şəkildə fəaliyyət göstərə bilərlər. Maarifləndirmə gələcək nəsillərin sağlam, məlumatlı və təhlükəsiz rəqəmsal cəmiyyətin üzvləri kimi formalaşmasının əsas şərtidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək