Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə İrandan Polşaya gedən yük maşını Naxçıvanda 39 kq...
İrandan Polşaya gedən yük maşını Naxçıvanda 39 kq heroinlə saxlanılıb
Hadisə

İrandan Polşaya gedən yük maşını Naxçıvanda 39 kq heroinlə saxlanılıb

Xpress.az Redaksiyası 19.01.2026 09:37

Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Xpress.az xəbər verir ki, “Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək