Hadisə
Dəm qazı daha iki can aldı
Xpress.az Redaksiyası
19.01.2026 13:23
Yanvarın 17-si saat 11 radələrində Hövsan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Müseyib oğlu Ağayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Digər bir dəm qazından zəhərlənmə halı Gədəbəydə qeydə alınıb.
Belə ki, yanvarın 17-si saat 22 radələrində Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.