Kriminal
Şirvanda toyda 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı
Xpress.az Redaksiyası
25.01.2026 17:44
Ötən gün Şirvanda keçirilən toy mərasimində 36 yaşlı kişini bıçaqlayan şəxs həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.