Hadisə
Sərnişin təyyarəsi radarlardan itdi - İçərisində millət vəkili də var
Xpress.az Redaksiyası
29.01.2026 09:27
Kolumbiyada millət vəkili də daxil olmaqla 15 nəfəri daşıyan sərnişin təyyarəsi radarlardan itib.
Dövlətə məxsus "Satena" aviaşirkəti üçün daxili uçuş həyata keçirən "Beechcraft 1900" sərnişin təyyarəsi ilə ölkənin şimal-şərqində uçarkən əlaqə kəsilib.
Şirkət rəhbərliyi təyyarənin tapılması üçün əməliyyat başladıldığını açıqlayıb.
"Kukuta-Okana marşrutu üzrə hərəkət edən NSE 8849 nömrəli uçuş təxminən saat 11:42-də havaya qalxıb və saat 12:05 radələrində eniş etməli idi. Təyyarə hava nəqliyyatının idarəsi ilə son əlaqəsini saat 11:54-də edib", - açıqlamada qeyd olunub.