Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Kişi mesaja görə bacanağını və arvadını
Kişi mesaja görə bacanağını və arvadını
Hadisə

Kişi mesaja görə bacanağını və arvadını BIÇAQLADI

Xpress.az Redaksiyası 31.01.2026 19:17

Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

Hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadına kəsici alətlə xəsarətlər yetirib.

Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib və "WhatsApp" vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan K.Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da xəsarət yetirib.

Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində elan olunmuş amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək