Bu gün 9 pilotsuz uçuş aparatı vurulub
Fevralın 5-də günorta saatlarından sonra Rostov vilayəti üzərində doqquz pilotsuz uçuş aparatı vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 5-i saat 08:00–13:00 aralığında hava hücumundan müdafiə qüvvələri Rostov vilayətində Ukraynaya məxsus doqquz ədəd sabit qanadlı PUA-nı ələ keçirərək məhv edib.
Daha əvvəl “Kommersant-Rostov” qəzeti fevralın 5-nə keçən gecə Don bölgəsində 12 bələdiyyə ərazisində ümumilikdə təxminən 30 dronun vurulduğunu bildirmişdi. Məlumata görə, dronlar Rostov-na-Donu, Taqanroq, Bataysk, Novoşaxtinsk və Azov rayonu ilə yanaşı, Neklinovski, Oktyabrski kəndi, Kamenski, Krasnosulinski və Zernoqradski rayonlarında, həmçinin Kamensk-Şaxtinski şəhərində və Şaxtıda məhv edilib.
Xpress.az