İdman
Bu komanda 26 qol vurub tarixi rekorda imza atdı
Xpress.az Redaksiyası
08.02.2026 15:05
osta Rikanın U-17 millisi KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası) seçmə mərhələsində Britaniyanın Virgin Adaları komandasını 26-0 hesabı ilə məğlub edərək rekord qırıb.
Randall Azofeifanın komandası rəqibə heç bir şans verməyib və bölgədə ən böyük fərqlə qələbə ilə tarixə imza atıb.
Kosta Rikanın növbəti oyunu fevralın 10-da Puerto-Riko millisinə qarşı keçiriləcək. Daha bir qələbə və ya heç-heçə Kosta Rikaya 2026-cı il Qətər Dünya Kubokuna vəsiqə qazandıracaq.