Kriminal
Məktəblilər arasında dava QANLA BİTDİ
Xpress.az Redaksiyası
09.02.2026 09:38
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Xpress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.