Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Elmi xəbərdarlıq:
Elmi xəbərdarlıq:
Hadisə

Elmi xəbərdarlıq: Yaxın günlərdə planetimizi güclü maqnit fırtınası vuracaq

Xpress.az Redaksiyası 10.02.2026 22:16

Bazar günü axşam X sinifinin maksimum Günəş partlayışı birbaşa Yerə yönəldi. Bu, böyük maqnit fırtınalarına və qütb parıltılarına səbəb olacaq. Növbəti üç gün ərzində planetimizin geomaqnit sahəsindəki pozuntular nəticəsində qütb işıqları gözlənilir.

Alimlər bildiriblər ki, “Partlayış olduqca böyükdür və Günəşin mərkəzi bölgəsinin təxminən yarım milyon kilometrini əhatə edib. Partlayışın yeri günəş diskində mərkəzdə yerləşdiyi üçün bulud birbaşa Yerə doğru hərəkət edəcək”.

Proqnozlara görə, anomal plazma  son zamanların ən güclü maqnit fırtınaları şəklində hiss olunacaq. Xüsusilə hava şəraitinə həssas insanlar təsirləri daha çox duyacaqlar.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri xəbərdarlıq ediblər ki, maqnit fırtınalarının sayının və intensivliyinin artması nəticəsində növbəti beş il ərzində Moskva bölgəsində şimal işıqları adi bir hadisəyə çevrilə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək