Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Eşidə və danışa bilməyən qadına təcavüz etdilər -
Eşidə və danışa bilməyən qadına təcavüz etdilər -
Hadisə

Eşidə və danışa bilməyən qadına təcavüz etdilər - TƏFƏRRÜAT

Xpress.az Redaksiyası 12.02.2026 20:35

Gəncədə 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qadına təcavüz edib.

Hadisə Gəncə şəhərində "Depo" adlanan qəsəbədə baş verib. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Etibar Ağayev (ad və soyad şərtidir - red.) qonşuluqda yaşayan eşitmə və nitq problemləri olan qadının evinə gedib. O, qadına cinsi əlaqədə olmaq üçün işarə edib, rədd cavabı alıb. Bu zaman Etibar ona hücum çəkərək, zorla, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Qadın E.Ağayevin əlindən çıxaraq küçəyə qaçıb və vətəndaşlardan kömək istəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, E.Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Ağayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.Az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək