Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Şəhid oğlu direktor
Şəhid oğlu direktor
Hadisə

Şəhid oğlu direktor təyin edildi

Xpress.az Redaksiyası 13.02.2026 10:31

2016-cı ildən etibarən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə başçılıq edən Məhəmməd Şərifov tutduğu postdan uzaqlaşdırılıb. Direktor səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Elvin Səmədova həvalə edilib.

Xpress.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata əsasən, yeni təyinat alan Elvin Səmədov uzun müddətdir sözügedən müəssisədə direktor müavini kimi fəaliyyət göstərirdi.

O, Birinci Qarabağ müharibəsində şəhid olmuş Rafiq Səmədovun övladıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək