Hadisə
Gəncədə evdə yanğın - Tüstüdən zəhərlənənlər var
Xpress.az Redaksiyası
16.02.2026 21:02
Gəncədə evdə yanğın baş verib.
Hadisə şəhərin qəsəbələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Gülər Nəbiyeva, 1989-cu il təvəllüdlü Nemət Mövsümovun tüstüdən zəhərləndiyi ehtimal olunur.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.