Hadisə
Bakıda yaşayış binasındakı yanğında 63 yaşlı qadın xəsarət alıb
Xpress.az Redaksiyası
17.02.2026 13:26
17.02.2026-cı il tarixində saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeyd edib.
Bu barədə informasiyanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yayıb.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.