Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində m...
Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir -
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir - FOTO

Xpress.az Redaksiyası 19.02.2026 10:07

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq qastronomiya reytinqi və təsnifat platforması olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim Azərbaycana səfər edib.

Xpress.az xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycanın zəngin kulinariya ənənələrinin, yerli məhsullarının və müasir restoran sənayesinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin qastronomiya potensialının “La Liste” kimi nüfuzlu beynəlxalq reytinq platformasında təşviqidir.

Səfər proqramı çərçivəsində Stefani Kim Bakının tanınmış hotelləri, restoranları və qastronomiya məkanlarını ziyarət edərək onların konsepsiyası və kulinariya yanaşmaları ilə yaxından tanış olub. Qonağa həm ənənəvi Azərbaycan mətbəxindən, həm də beynəlxalq kulinariya trendlərindən müxtəlif kulinariya nümunələri təqdim edilib.

Stefani Kim Dövlət Turizm Agentliyində rəsmi görüşlər keçirib, eləcə də kulinariya sahəsinin nümayəndələri, aşpazlar, qastronomiya ekspertləri və sektorun digər təmsilçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.

Proqram əsasında Bakı ilə yanaşı, regionlara səfər edilib, yerli qastronomiya ənənələri, regional məhsullar və turizm imkanları ilə tanış olunub.

2015-ci ildə təsis edilmiş “La Liste” çoxsaylı qastronomiya bələdçilərindən və onlayn mənbələrdən toplanan məlumatlara əsaslanan beynəlxalq qastronomik reytinq platformasıdır. Platforma 700-dən çox beynəlxalq bələdçi, müxtəlif veb-saytlar və mətbuat rəylərindən istifadə edərək dünyanın ən yaxşı restoranlarını, hotellərini və şirniyyat mağazalarını vahid reytinqdə təqdim edir.

Hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünyanın hər yerindən yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir.

“La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmləndirilməsi, yerli restoranların və aşpazların qlobal səviyyədə tanıdılmasına dəstək verilməsi, həmçinin ölkəmizin qastronomiya turizmi istiqamətində potensialının təşviqi Dövlət Turizm Agentliyinin prioritetlərinə daxildir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək