Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Neft qiymətləri son həddə çatdı:
Neft qiymətləri son həddə çatdı:
İqtisadiyyat

Neft qiymətləri son həddə çatdı: Azərbaycana əlavə qazanc gətirəcək?

Xpress.az Redaksiyası 02.03.2026 17:34

ABŞ-İsrail-İran xəttində artan hərbi-siyasi gərginlik qlobal enerji bazarlarına da təsirsiz ötüşməyib. Regionda davam edən qarşıdurma fonunda neft qiymətləri kəskin yüksələrək son ayların ən yüksək səviyyəsinə çatıb.

Beynəlxalq birjalarda “qara qızıl”ın qiyməti artaraq bir barel üzrə 80 dollar həddinə çatıb. Analitiklər bildirirlər ki, Yaxın Şərqdə mümkün genişmiqyaslı müharibə riski və enerji infrastrukturu ilə bağlı təhlükəsizlik narahatlıqları bazarda təkliflə bağlı riskləri artırır.

Xüsusilə İranın regionda mühüm enerji oyunçusu olması və Hörmüz boğazı ətrafında potensial risklərin artması bazarlarda həssaslığı daha da gücləndirib. Mütəxəssislərin fikrincə, əgər hərbi əməliyyatlar genişlənərsə və ya enerji daşımalarına birbaşa təsir edərsə, qiymətlərdə əlavə artım dalğası müşahidə oluna bilər.

Məsələ ilə bağlı  danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, birjaların cümə günü bağlanarkən formalaşan qiymətlərlə müqayisədə hazırda dünya bazarında neft qiymətləri orta hesabla təxminən 8 faiz artıb. Onun sözlərinə görə, hazırda neft bir barel üçün 78 dollardan bir qədər baha qiymətə təklif olunur və qiymət artımı birbaşa olaraq ixracatçı ölkələrin gəlirlərinə təsir göstərir:

“Azərbaycan gündəlik təxminən 540–550 min barel həcmində neft ixrac edir. Ancaq ölkə hər gün tanker yola salmır, çünki ixrac həcmləri o qədər böyük deyil. Adətən gün yarımdan bir və ya iki gündə bir tanker yola salınır. Əgər satış zamanı qiymət əvvəlki günlə müqayisədə 1 dollar baha olarsa, bu o deməkdir ki, ölkə üzrə əlavə olaraq təxminən 540–550 min dollar əlavə gəlir formalaşır. Əksinə, qiymət aşağı olarsa, gəlirdə də eyni həcmdə azalma baş verir”.

Ekspert vurğulayıb ki, qiymət artımının büdcəyə real təsirini hesablamaq üçün artımın miqyası nəzərə alınmalıdır:

“Əgər qiymət 3, 5, 7 və ya 10 dollar artarsa, bunu ixrac həcminə vurmaq lazımdır. Məsələn, 5 dollarlıq artım gündəlik təxminən 2,7 milyon dollara yaxın əlavə gəlir deməkdir. 10 dollarlıq artım isə bu rəqəmi ikiqat yüksəldə bilər. Amma bu, qısamüddətli dalğalanmadırsa, təsiri də məhdud olacaq. Hazırkı artım əsasən İran–İsrail–ABŞ xəttində artan gərginliklə bağlı risk faktorları ilə əlaqədardır və bazar daha çox geosiyasi xəbərlərə reaksiya verir".

Ekspert hesab edir ki, Azərbaycan üçün əsas məsələ qiymət artımının davamlı olub-olmamasıdır. Çünki uzunmüddətli yüksək qiymətlər dövlət büdcəsi və valyuta daxilolmaları baxımından müsbət təsir göstərsə də, qısamüddətli sıçrayışlar daha çox bazar psixologiyası ilə bağlı olur və sabit gəlir artımı yaratmır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək