Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Əcnəbilər Bakıdan ev almağa
Əcnəbilər Bakıdan ev almağa
İqtisadiyyat

Əcnəbilər Bakıdan ev almağa AXIŞIR - SƏBƏB

Xpress.az Redaksiyası 03.03.2026 09:06

Son beş ildə Azərbaycanın daşınmaz əmlak bazarında diqqətçəkən bir statistika formalaşıb. 2021-2025-ci illərdə xarici ölkə vətəndaşları ölkəmizdə ümumilikdə 6 913 daşınmaz əmlak əldə edib.
Bu alımların böyük hissəsi isə bir ölkənin payına düşür: həmin dövrdə 4 638 mənzil Rusiya vətəndaşları tərəfindən alınıb. Yəni xarici alıcıların ümumi sayında açıq üstünlük Rusiyaya məxsusdur.
Siyahının növbəti pillələrində Gürcüstan (716) və Türkiyə (312) qərarlaşıb. Ardınca Ukrayna (198), İran (187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) və İsrail (58) gəlir. Bu statistika təkcə alqı-satqı faktı deyil, həm də Azərbaycanın son illər xarici vətəndaşlar üçün cəlbedici məkan kimi önə çıxmasının göstəricisidir.

İqtisadçı Rəşad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, il ərzində Azərbaycanda daşınmaz əmlak bazarında təxminən 30-35 min mənzilin satışı həyata keçirilir. Onun sözlərinə görə, orta hesabla 1000-1200 mənzil xarici ölkə vətəndaşlarına satılır: “Xarici ölkə vətəndaşlarının daşınmaz əmlak bazarında, alqı-satqıda iştirakçılığı təxminən 3-4 faiz arasında dəyişir. Bu istiqamətdə son illərdə müəyyən pozitiv meyllər müşahidə olunur. Azərbaycandan miqrasiya edənlərin 60-65 faizi Rusiyaya üz tutub. Azərbaycan daşınmaz əmlak bazarında iştirak edən xaricilərin əhəmiyyətli hissəsi azərbaycanəsilli şəxslərdir. Müxtəlif risklər fonunda bu insanlar orta və uzunmüddətli dövrdə ana Vətəndə mənzil sahibi olmaq istəyirlər ki, qayıtdıqları halda daşınmaz əmlaka sahib olsunlar”.

Əcnəbilər Azərbaycanda hansı əmlaka sahib ola bilməz?

Ekspert qeyd edib ki, Azərbaycana investisiya qoyan ölkələrin vətəndaşlarının da mənzil sahibi olması istiqamətində dinamika müşahidə olunur: “Son illər Türkiyə vətəndaşları Azərbaycanda mənzil almağa başlayıblar. Əsas təsiredici amillərdən biri 2020-ci ildən sonra formalaşan mühitdə türklərin işğaldan azad edilmiş ərazilərdə əmək bazarında, eyni zamanda sahibkarlıq fəaliyyətində aktiv iştirakçılığı ilə əlaqədardır. Digər təsiredici amillər kimi ümumi stabilliyi, həmçinin, daşınmaz əmlak bazarında qiymət artımı meyllərinin davamlılığını qeyd edə bilərik, qiymətlər əhəmiyyətli faizlərlə artır. Eyni zamanda icarə haqları da artır. Bu isə investisiya məqsədli yatırımları təşviq edən amildir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək