Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Kreditlərlə bağlı
Kreditlərlə bağlı
İqtisadiyyat

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Xpress.az Redaksiyası 12.03.2026 11:50

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər".

Bu fikirləri "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib.

O bildirib ki, bu addım fırıldaqçılıq hallarının və risklərinin əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək:

"Eyni zamanda, Mərkəzi Bank maliyyə bazarlarında bazar davranışlarının hüquqi tənzimlənməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq xarici ekspertlərin cəlb edilməsi ilə maliyyə institutlarının bazar davranışlarına dair metodoloji rəhbərlik layihəsi hazırlanıb.
 

Bu sənəd maliyyə sektorunda təkcə banklar üçün deyil, ümumilikdə maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarının təmin edilməsinə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir.

Bundan əlavə, Mərkəzi Bank tərəfindən qəbul edilmiş riskəsaslı nəzarət siyasətinə uyğun olaraq, bazar davranışları istiqaməti üzrə də riskəsaslı nəzarət mexanizmi üzərində iş aparılır.

Bu çərçivə imkan verəcək ki, müştərilər və istehlakçılar üçün daha çox risk yaradan məhsullar, xidmətlər və ya maliyyə institutları üzrə daha intensiv nəzarət tədbirləri həyata keçirilsin". (Oxu.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək