Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ-
Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ-
Hadisə

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ- Şagird...

Xpress.az Redaksiyası 17.03.2026 18:15

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

 KONKRET.az-a istinadən xəbər verir ki, məktəbin 8 “E” sinif şagirdi məktəbli dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə etdiyimiz məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə zamanı məktəbdə olmayıb. Həmçinin dərs vaxtı fənn müəlliminin sinif otağında olmadığı bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək