Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Kürdəmirdə avtomobildə
Kürdəmirdə avtomobildə
Hadisə

Kürdəmirdə avtomobildə YANĞIN

Xpress.az Redaksiyası 22.03.2026 13:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

lumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MERCEDES” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək