Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm “Ekoetika” verilişinin növbəti buraxılışı palçıq v...
“Ekoetika” verilişinin növbəti buraxılışı palçıq vulkanlarına həsr olunub -
Turizm

“Ekoetika” verilişinin növbəti buraxılışı palçıq vulkanlarına həsr olunub - VİDEO

Xpress.az Redaksiyası 22.03.2026 17:11

Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Ekoetika” verilişinin növbəti buraxılışı palçıq vulkanlarına həsr olunub.

Xpress.az xəbər verir ki, layihənin müəllifi və aparıcısı, jurnalist Orxan Cabbarlı ölkəmizdə palçıq vulkanlarının sayı barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə 350-dən artıq palçıq vulkanı mövcuddur. Bu vulkanlar əsasən Abşeron və Qobustan rayonlarının ərazisində, eyni zamanda Xəzər dənizi akvatoriyasında yayılıb. Palçıq vulkanlarının əhəmiyyəti nəzərə alınaraq, 2007-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb.

Verilişdə təbiətin möcüzəsi sayılan palçıq vulkanlarına ekotur təşkil olunub. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Orxan Abbasov, Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev vulkanların yaranma səbəblərindən, ekoturizm imkanlarından danışıb.

Ekotur çərçivəsində Palçıq Vulkanları Turizm Kompleksi barədə də tamaşaçılara məlumat verilib. Qeyd olunub ki, 13 iyun 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu Kompleks palçıq vulkanlarını yaxından tanımaq və izləmək imkanı yaradan müasir turizm məkanıdır. Kompleks Qobustan ərazisində dəniz səviyyəsindən 235 metr yüksəklikdə yerləşir. Ötən müddət ərzində Kompleks yerli və xarici turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan birinə çevrilib.

Kompleksin bələdçisi Samir İbrahimov jurnalist O.Cabbarlıya və tamaşaçılara turizm obyektinin ərazisində nümayiş olunan palçıq vulkanları, o cümlədən “Qılınc” palçıq vulkanı, bu vulkanların xüsusiyyətləri barədə məlumat verib. Palçıq Vulkanları Turizm Kompleksindəki Minerallar və qiymətli daşlar sərgisi, Rəsm qalereyası, Təbiət tarixi sərgisi verilişin aparıcısında zəngin təəssürat yaradıb.

Daha ətraflı videosüjetdə:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək