Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya “Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ
“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ
Texnologiya

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Xpress.az Redaksiyası 31.03.2026 18:34

Sumqayıt bağları, “Qurd dərəsi” ərazisində yaşayan sakinlər artıq bir aydır ki, internet xidmətində ciddi problemlərlə üzləşirlər.

Sakinlər aylıq ödənişlərini vaxtında etsələr də, normal internet bağlantısı ala bilmirlər.

Çoxsaylı sakinlərin redaksiyamıza etdiyi şikayətdə bildirilir ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağı Qaynar Xəttinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həll olunmur.

Əraziyə texniki heyət göndərilsə də, internet bir saat sonra yenidən kəsilir.

Sakinlər problemin təkrarlandığını Qaynar Xəttə bildirsələr də, əməkdaşlar problemin həll etməyin onların səlahiyyətində olmadığını deyir və yalnız telefon zənglərinə cavab vermək vəzifələrini xatırladırlar.

Məsələ burasındadır ki, “Aztelekom” MMC isə bir ay internetsiz qalan abonentlərə internet xidmətinin göstərilməməsi ilə bağlı kompensasiya da ödəmir.

Qeyd edək ki adıçəkilən ərazidə on mindən çox ailə yaşayır və onlar hər ay internet bağlantısına görə 25 azn aylıq abunə haqqı ödənişi edirlər.

Mütəxəssislər isə problemin səbəbi kimi ərazidə quraşdırılan internet paylayıcı qutularının keyfiyyətsiz olduğunu iddia edirlər.

Bütün bunlar , “Aztelekom” MMC Telekommunikasiya qovşağının idarəetməsində ciddi çatışmazlıqlar olduğunu ortaya qoyur.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək