Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya "Teleqram"da başqasının adıyla yazanlar ifşa oluna...
"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq
Texnologiya

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq

Xpress.az Redaksiyası 31.03.2026 20:48

"Teleqram" istifadəçi təhlükəsizliyini artırmaq üçün yeni funksiya üzərində işləyir.

Yeniliyə əsasən, qeyri-rəsmi tətbiqlərdən istifadə edən şəxslər xüsusi xəbərdarlıq nişanı ilə işarələnəcək.

Söhbət "Teleqram"ın rəsmi proqramı ilə yanaşı mövcud olan alternativ tətbiqlərdən gedir. Bu cür proqramlar "Telegram"ın öz komandası tərəfindən hazırlanmayıb, başqa proqramçılar tərəfindən yaradılıb və messencerə onların vasitəsilə daxil olunur.

Yeni funksiyaya görə, belə tətbiqlərdən istifadə edən şəxslərin profilində xüsusi bildiriş görünəcək. Sistem qarşı tərəfin rəsmi deyil, üçüncü tərəf proqramından istifadə etdiyini göstərəcək və yazışmaların daha az təhlükəsiz ola biləcəyi barədə xəbərdarlıq edəcək.

Məlumata görə, bu yenilik "Teleqram"ın iOS versiyasının kodunda aşkarlanıb. Eyni zamanda tətbiqin tərcümə bazasında da uyğun qeydlərin tapılması funksiyanın hazırlanma mərhələsində olduğunu göstərir. Lakin yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

Mütəxəssislər bildirirlər ki, bu addım son dövrlərdə qeyri-rəsmi tətbiqlərlə bağlı təhlükəsizlik narahatlıqları fonunda atılıb. Belə proqramlarda məlumatların necə qorunduğu tam məlum olmur və bəzi hallarda istifadəçi məlumatları başqa serverlərə yönləndirilə bilər.

Xüsusilə “Telega” adlı qeyri-rəsmi tətbiqlə bağlı yayılan məlumatlar diqqət çəkib. Bildirilir ki, bu tətbiqdə trafikin üçüncü tərəflər tərəfindən ələ keçirilməsi ehtimalı mövcud olub və bu da istifadəçi məxfiliyi üçün risk yarada bilər.

Ekspertlərin fikrincə, qeyri-rəsmi tətbiqlər əlavə funksiyalar təqdim etsə də, təhlükəsizlik baxımından zəif ola bilər. Bu səbəbdən "Teleqram" istifadəçiləri rəsmi tətbiqdən istifadə etməyə təşviq edir.

Qeyd edək ki, bu yenilik istifadəçilərə qarşı tərəfin hansı proqramdan istifadə etdiyini daha aydın görmək imkanı verəcək. Yəni başqa adlarla yazan şəxslər anında ifşa olunacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək