Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Taksi sürücüsünə xəsarət yetirildi, avtomobili oğu...
Taksi sürücüsünə xəsarət yetirildi, avtomobili oğurlandı
Hadisə

Taksi sürücüsünə xəsarət yetirildi, avtomobili oğurlandı

Xpress.az Redaksiyası 14.04.2026 15:24

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan"Report"un yerli bürosuna bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək