Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı
Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı
Hadisə

Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı

Xpress.az Redaksiyası 16.04.2026 14:50

Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

Xpress.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək