Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhran yaşayır
Bu gün dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üz-üzədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu, dünya ictimaiyyəti üçün olduqca ciddi bir təhlükədir: "Beynəlxalq arenada yaşanan problemin ölçüsü düşündüyümüzdən də böyükdür".
Prezidentin sözlərinə görə, bu gün dünyada diplomatiya eyni zamanda insanlığın, ortaq gələcəyin təməlini təmsil edir.
Ərdoğan əlavə edib ki, bu gün diplomatiya ancaq problem və mənafelərin müzakirə edildiyi bir sahə olmaqdan kənara çıxır, insanlığın, ortaq gələcəyin təməlini təmsil edir.
"bölgədə davam edən müharibələr regionu "barıt qoxusuna" çevirib və bu vəziyyət ciddi narahatlıq doğurur. "Pakistan Prezidenti Şahbaz Şərifin təşəbbüsü ilə əldə olunan atəşkəsdən çox məmnunuq. Münaqişələrin həllində silahlar deyil, danışıqlar əsas rol oynamalıdır. Sülhə aparan yol dialoq və diplomatiyadan keçir", - Ərdoğan vurğulayıb.