Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Kreml üç təzyiq rıçaqından ƏN CİDDİSİNİ İŞƏ SALIR:...
Kreml üç təzyiq rıçaqından ƏN CİDDİSİNİ İŞƏ SALIR:
Ana səhifə

Kreml üç təzyiq rıçaqından ƏN CİDDİSİNİ İŞƏ SALIR: 2027-ci ilin aprel ayında... - FOTO

Xpress.az Redaksiyası 22.04.2026 14:53

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

“Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları, eləcə də təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün zəruri addımları atacaq və onları Konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə Şoyqu vurğulayıb.

Şoyqu həmçinin qeyd edib ki, Rusiya Kişinyovun Dnestryanı ilə bağlı bütün mümkün ssenarilərini, o cümlədən ən gözlənilməz variantları belə izləyir.

Sergey Şoyqunun Dnestryanı ilə bağlı mesajı təsadüfi deyil. Kremlin Moldovanın MDB-ni tərk etməsinə səssiz qalmayacağı əvvəldən bəlli idi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kişinyovun qərarına görə təəssüfləndiklərini bildirsə də, Rusiyanın bununla kifayətlənməyəcəyi aydın görünürdü.

Kreml artıq Moldovaya qarşı üç təzyiq rıçaqından ən ciddisini işə salır. Dnestryanı ərazi müstəqilliyini elan etsə də, Rusiyadan başqa heç bir ölkə bu müstəqilliyi tanımır. Buna baxmayaraq, Kişinyovla separatçılar arasında müəyyən təmaslar mövcuddur. Hətta Moldovaya səfər edən turistlər rahatlıqla Dnestryanıya da gedə bilirlər.

Ümumiyyətlə, ərazinin öz pul vahidi, dövlət strukturları, ordusu və bayrağı var. Dnestryanı təkcə Moldova üçün deyil, Ukrayna üçün də ciddi problemdir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayarkən Moskvanın məqsədlərindən biri də Dnestryanını Ukrayna əraziləri hesabına genişləndirmək idi. Daha dəqiq desək, 1914-cü il Bessarabiya Respublikasının sərhədlərinə yaxın bir model formalaşdırmaq planı vardı.

Müharibə davam edir və Kreml Dnestryanı vasitəsilə həm Kişinyova, həm də Kiyevə təzyiq göstərir.

Moldovanın MDB-dən çıxmaq proseduru rəsmi olaraq 2027-ci ilin aprel ayında başa çatacaq. Bu vaxta qədər Kreml Kişinyovu qərarından çəkindirməyə çalışa bilər. Bunun həm diplomatik yollarla, həm də Dnestryanı münaqişəsini alovlandırmaqla həyata keçirilməsi mümkündür.

Turan RZAYEV

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək