Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara...
Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər
Siyasət

Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə danışıqlara razı ola bilər

Xpress.az Redaksiyası 25.04.2026 17:53

Əgər Bakı bütün iştirakçıların təhlükəsizliyini təmin edərsə, Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər.

Rusiya mediasının xəbərinə görə, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov bildirib.

Cabarov Azərbaycanı "normal yer" adlandırıb və Moskva ilə Bakı arasında yaxşı münasibətləri qeyd edib.

"Əgər Azərbaycan danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər", — senator qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsinitəklif edib (apa)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək