Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat WUF13-ün proqramı açıqlandı
WUF13-ün proqramı açıqlandı
İqtisadiyyat

WUF13-ün proqramı açıqlandı

Xpress.az Redaksiyası 06.05.2026 10:49

17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.

WUF13 Əməliyyat Şirkətindən verilən məlumata görə, sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.

Məlumatda deyilir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq: “Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir”.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası

• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı

• İqlim və mənzil siyasəti arasındakı əlaqə

• Mənzil təminatının sosial və iqtisadi təsiri

• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

Buraya mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində, WUF13 ev sahibi ölkənin xüsusi sessiyası, sağlam evlərin nəbzi, Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya), şəhərlər oyun məkanı kimi, mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış, tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru, “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı, kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm və WUF13 xüsusi yekun sessiyası daxildir.

Assambleyalar: kollektiv səslərin gücü

Qeyd edilib ki, Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır: “Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək”.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir: Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları və yaşlı şəxslərin hüquqları.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək