Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Kredit götürmək istəyənlərə
Kredit götürmək istəyənlərə
İqtisadiyyat

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 12.05.2026 16:00

Azərbaycanın kredit ittifaqları sektoru 2026-cı ilin ilk rübünü ciddi maliyyə çətinlikləri ilə başa vurub. Rəsmi hesabatlara əsaslanan təhlil göstərir ki, sektor artıq mənfəət zonasından xeyli uzaqlaşıb və zərərin dərinləşməsi mərhələsinə daxil olub. Cari ilin ilk üç ayında kredit ittifaqlarının xalis zərəri illik müqayisədə  4 dəfə artıb.

Müqayisəli göstəricilər sektorda struktur problemlərinin daha da dərinləşdiyini göstərir

Belə ki, faiz və qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalsa da, əsas təzyiq ehtiyat ayırmalarının kəskin artımından qaynaqlanır. Aktivlər üzrə mümkün zərərlərin örtülməsi üçün ayrılan vəsaitin 100% artaraq 10 milyon manata çatması sektorun maliyyə nəticələrini mənfi zonaya sürükləyib.

Bu vəziyyətin yaranmasına səbəb nədir?

Məsələni Bizim.Media-ya şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda kredit ittifaqları sektorunun çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri maliyyə resurslarının azalması və risklərin artmasıdır:

“Son illərdə Mərkəzi Bankın daha sərt monetar siyasəti, yüksək faiz mühiti və ehtiyat tələblərinin gücləndirilməsi kiçik maliyyə institutlarının fəaliyyətini çətinləşdirib.

Kredit ittifaqları əsasən bölgələrdə kiçik sahibkarlara və əhalinin banklardan kredit ala bilməyən hissəsinə xidmət edir. Amma problemli kreditlərin artması, geri ödənişlərin zəifləməsi və maliyyə ehtiyatlarının məcburi şəkildə artırılması onların likvidliyinə ciddi təzyiq yaradır. Qanunvericiliyə görə kredit ittifaqları xüsusi ehtiyat fondları yaratmalıdır və riskli kreditlər artdıqca daha çox vəsait “dondurulur”.

Digər mühüm səbəb bank sektorunun bazarda dominant mövqeyə sahib olmasıdır. Böyük banklar rəqəmsal xidmətlər və geniş maliyyə imkanları ilə müştəriləri özünə çəkir, kredit ittifaqları isə həm kapital, həm texnologiya, həm də etibar baxımından rəqabətdə geri qalır.

Nəticədə onların kredit portfeli zəifləyir və gəlirliliyi aşağı düşür.

Hesab edirik ki, sektor uzun illər kifayət qədər yenilənməyib və daha çox köhnə model üzərində fəaliyyət göstərib. İdarəetmə problemləri, zəif nəzarət mexanizmləri və məhdud maliyyə alətləri də böhranı dərinləşdirən amillər sırasındadır. Bu səbəbdən kredit ittifaqları hazırda həm maliyyə təzyiqi, həm də struktur dəyişiklikləri qarşısında qalıblar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək