Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Gemini istifadəçilərinin nəzərinə!
Gemini istifadəçilərinin nəzərinə!
Texnologiya

Gemini istifadəçilərinin nəzərinə!

Xpress.az Redaksiyası 21.05.2026 08:09

Google süni intellekt platforması Gemini-nin istifadə limitlərində ciddi dəyişiklik edib. İndi sistemdə sabit mesaj sayı əvəzinə, əməliyyatların mürəkkəbliyi və sistemə saldığı yük əsas götürülür.

Texnologiya nəhəngi artıq istifadəçinin neçə əmr verməsini deyil, həmin əmrin nə qədər hesablama gücü tələb etdiyini hesablayır. Yeni sistemə görə, qısa mətn yazan şəxslə böyük faylları analiz edən, şəkil və ya video hazırladan şəxsin limitləri eyni qaydada tükənməyəcək.

Təhlillərə görə, platformada tətbiq edilən yeni qaydalar "Deep Research", təsvir və video istehsalı, eləcə də geniş düşünmə modları ("Deep Think") kimi ağır alətləri birbaşa təsir edir. Google-un dəstək səhifəsində verilən məlumata əsasən, istifadəçilər limitə yaxınlaşdıqda tətbiq daxilində xəbərdarlıq alacaqlar.

Ödənişli paketlərin limitləri isə standart versiya ilə müqayisədə xeyli yüksəkdir. "Google AI Plus" istifadəçiləri standart limitdən 2 dəfə, "Google AI Pro" 4 dəfə, "Google AI Ultra" isə 20 dəfə çox əməliyyat imkanına malikdir. Məsələn, baza versiyada "Gemini 3.1 Pro" modelinə məhdud giriş verildiyi halda, "Plus" paketində gündəlik 30, "Pro" paketində 100, "Ultra" paketində isə 500 əmr yerinə yetirmək mümkündür.

Video istehsalı tərəfində də ciddi fərqlər var. Baza versiyada video yaratmaq funksiyası yoxdur. "Plus" və "Pro" istifadəçiləri "Veo 3.1 Lite" aləti ilə müvafiq olaraq gündə 2 və 3 video, "Ultra" istifadəçiləri isə "Veo 3.1 Pro" ilə gündə 5 video hazırlaya bilərlər. Kontekst pəncərəsinin həcmi də fərqlidir. Pulsuz paketdə bu göstərici 32 min token, "Plus" versiyada 128 min token, yuxarı paketlərdə isə 1 milyon tokendir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək