Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dünyanın “Ən yaxşı turizm kəndi” -
Dünyanın “Ən yaxşı turizm kəndi” -
Ana səhifə

Dünyanın “Ən yaxşı turizm kəndi” - FOTO

Xpress.az Redaksiyası 29.05.2026 15:02

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qafqazın zirvəsində minilliklərdən gələn kənd – Xınalıq.

Qafqaz dağlarının qoynunda, buludlarla həmsöhbət olan bir kənd var — Xınalıq. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan bu kəndə səfər edən hər kəs ilk andan anlayır ki, bura sadəcə turizm ünvanı deyil. Xınalıq əsrlərin yaddaşını qoruyan canlı tarix, qədim həyat tərzinin bu günədək yaşadığı nadir məkanlardan biridir.

Xınalığa aparan dolama dağ yolları ilə yüksəldikcə sanki başqa dövrə səyahət edirsən. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən kəndin ətrafını Bazardüzü, Şahdağ, Tufandağ və Qızılqaya zirvəsi əhatə edir. Yayın ən isti günündə belə burada sərin külək əsir, qışda isə kənd aylarla qar altında qalır.

Bu kənd yalnız təbiəti ilə deyil, tarixi ilə də insanı valeh edir. Tarixçilərin fikrincə, kəndin əsası eramızdan əvvəl qoyulub. Burada ilkin məskunlaşmaya aid izlər Erkən tunc dövrünə — eramızdan əvvəl IV minilliyin sonlarına gedib çıxır. 2010–2012-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı “Zangar” adlı qədim yaşayış məskəni aşkarlanıb. Bu isə Xınalığın minilliklər boyu insanların yaşayış yeri olduğunu sübut edir.

Kəndin adı ilə bağlı müxtəlif rəvayətlər dolaşır. Deyilənə görə, günəş doğarkən kəndin ətrafındakı qayalar xına rənginə boyandığı üçün bu yerə Xınalıq adı verilib. Yerli sakinlər isə kəndi öz dillərində “Kətiş” adlandırırlar. Xınalıq adı yazılı mənbələrdə ilk dəfə XV əsrdə Mahmud Əl Xinaluqinin əlyazmalarında qeyd olunur. Hətta bəzi araşdırmaçılar qədim Albaniya şəhərləri ilə Xınalıq arasında bağlılıq olduğunu ehtimal edirlər.

Kəndin daş küçələrində gəzərkən burada yaşayan insanların əsrlər boyu öz kimliyini necə qoruduğu aydın hiss olunur. Xınalıq əhalisi Azərbaycanın ən qədim və unikal etnik qruplarından biridir. Onların özünəməxsus dili, folkloru, inancları və yaşam tərzi var. Burada dastanlar, bayatılar, rəvayətlər hələ də nəsildən-nəslə ötürülür.

Kənd sakinləri əsrlər boyu sərt iqlim şəraitində yaşayaraq köçəri heyvandarlıqla məşğul olublar. Bu həyat tərzi onların gündəlik yaşamında, mədəniyyətində və hətta düşüncə tərzində belə öz izini qoyub. Yaylaqdan qışlağa uzanan qədim Köç yolu da bu həyatın ayrılmaz hissəsi olub. Uzunluğu 200 kilometrdən artıq olan bu yol əsrlər boyu Quba və Şirvan bölgələrinin köçəri təsərrüfatlarını birləşdirib.

Bu qədim köç yolu və Xınalıq kəndi bu gün dünyanın diqqət mərkəzindədir. 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir. Bundan iki il sonra isə Xınalıq kəndi BMT-nin Turizm Təşkilatı tərəfindən “Ən yaxşı turizm kəndi” elan olunub.

Kəndin tarixi hissəsində yerləşən qədim evlər əsrlər əvvəl ənənəvi üsullarla inşa olunub. Bu evlərin bir hissəsi dövlət tərəfindən bərpa edilərək qorunur. Xınalıqda qədim məscidlər, türbələr və pirlər də var. Kəndin ən yüksək nöqtəsində yerləşən Cümə məscidi, Əbu Müslüm məscidi, Şeyx Salbuz məscidi, eləcə də Cabbar baba piri və Xıdır Nəbi piri əsrlərin yadigarı kimi bu gün də qalmaqdadır. Ümumilikdə kənd ərazisində 30-dan çox türbə və ziyarətgah mövcuddur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək