Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat 1000 manatdan az qazanan vergi ödəməməlidir
1000 manatdan az qazanan vergi ödəməməlidir
İqtisadiyyat

1000 manatdan az qazanan vergi ödəməməlidir – Natiq Cəfərli

Xpress.az Redaksiyası 29.05.2026 14:01

Azərbaycanda ikinci iş yerində çalışan şəxslər üçün ayrıca vergi güzəştlərinin tətbiqi məsələsi vaxtaşırı gündəmə gəlir. Mütəxəssislər hesab edir ki, belə mexanizmlər həm insanların əlavə qazanc əldə etməsini stimullaşdıra, həm də kölgə məşğulluğun azalmasına təsir göstərə bilər. Bununla yanaşı, iqtisadçılar problemin əsas həll yolunun daha geniş vergi islahatlarından keçdiyini bildirirlər.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələnin əsas həlli vahid gəlir deklarasiyası sisteminin tətbiqindən keçir.

Onun sözlərinə görə, insanın bir və ya bir neçə iş yerində çalışmasının fərqi olmamalıdır:

“Fərqi yoxdur insan beş yerdə işləyir, ya bir yerdə işləyir. İldə və ya rübdə bir dəfə gəlir deklarasiyası verməlidir. Azərbaycanda yaşayan hər bir həddi-buluğa çatmış şəxs gəlir deklarasiyası təqdim etməlidir”.

Natiq Cəfərli qeyd edib ki, vergi sistemi şəxsin ümumi gəlirinə uyğun qurulmalıdır:

“Müxtəlif qəliz güzəştlər və hesabatlılıq tələb edən mexanizmlər əvəzinə, ildə və ya rübdə bir dəfə ümumi gəlir deklarasiyasının təqdim olunması daha doğru praktika olar”.

İqtisadçı bildirib ki, bir çox ölkələrdə aşağı gəlirli şəxslər ümumiyyətlə gəlir vergisindən azaddır:

“Məsələn, ABŞ-də illik gəliri müəyyən məbləğdən aşağı olan şəxslər vergi ödəmir. Bizdə də mərhələli vergi sistemi tətbiq edilə bilər”.

Onun fikrincə, gəlir səviyyəsinə uyğun vergi şkalası formalaşdırılması daha ədalətli model ola bilər:

“Məsələn, rüb ərzində 1000 manatdan az qazanan ümumiyyətlə vergi ödəməsin. 1000-5000 manat arası qazananlar 2 faiz, daha yüksək gəlir əldə edənlər isə fərqli faizlərlə vergi ödəsin”.

Natiq Cəfərli hesab edir ki, belə sistem həm vətəndaşlar, həm də dövlət üçün daha əlverişli olar:

“Bu yanaşma həm hesabatlılıq, həm də ədalətli vergi sistemi baxımından çox vacibdir. Dövlət üçün də daha rahat və şəffaf mexanizm formalaşar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək