Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Azərişıq” ASC-yə icrası məcburi göstəriş verildi
“Azərişıq” ASC-yə icrası məcburi göstəriş verildi
İqtisadiyyat

“Azərişıq” ASC-yə icrası məcburi göstəriş verildi

Xpress.az Redaksiyası 05.06.2026 11:32

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.

Agentlikdən Xpress.az-a bildirilib ki, bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində “Azərişıq” ASC  barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.

İşə baxılma prosesində “Azərişıq” ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib.

Dövlət Agentliyi tərəfindən Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq” ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş  “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.

Agentlikdən qeyd edilib ki, hazırda “Azərişıq” ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək