Cəmiyyət
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti bilindi
Xpress.az Redaksiyası
05.06.2026 16:00
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.
Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.
Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.
Yaralıların vəziyyətinin normal olduğu və hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.