Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Azərbaycanda 16 yaşdan aşağı şəxslərə sosial şəbək...
Azərbaycanda 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağan edilir
Texnologiya

Azərbaycanda 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağan edilir

Xpress.az Redaksiyası 05.06.2026 18:15

16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır, platformalara böyük cərimələr tətbiq ediləcək

Xpress.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-i keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrində əksini tapıb.

Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.

Layihəyə görə, 16-18 yaş arası istifadəçilər üçün əlavə təhlükəsizlik mexanizmləri tətbiq olunacaq, onların hesabları üzərində valideyn nəzarəti genişləndiriləcək, zərərli məzmunların qarşısının alınması üçün platformalar xüsusi rəqəmsal həllər tətbiq etməli olacaq.

Sosial şəbəkə platformaları istifadəçilərin yaşını yoxlamaq üçün texniki vasitələr tətbiq etməli, toplanan məlumatları saxlaya və ya kommersiya məqsədləri üçün istifadə edə bilməyəcəklər.

Qanun layihəsi xarici sosial şəbəkə platformaları üçün də yeni tələblər müəyyən edir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən platformalar yerli qeydiyyatdan keçməli, dövlət qurumlarının sorğularını cavablandırmalı və əlaqə mərkəzi yaratmalıdır.

Tələblərin pozulmasına görə platforma provayderləri üçün minlərlə manatlıq cərimələr nəzərdə tutulur. Təkrar pozuntular zamanı vəzifəli şəxslər 10 min manatadək, hüquqi şəxslər isə 50 min manatadək cərimələnə biləcək.

Layihənin keçid müddəalarına əsasən, qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Platformalar bu müddət ərzində yaş yoxlama sistemlərini qurmalı, qanun qüvvəyə mindikdən sonra isə 16 yaşdan aşağı istifadəçilərin hesablarını məhdudlaşdırmalı və ya silməlidirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək