Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni komitə yaradıldı
Yeni komitə yaradıldı
Cəmiyyət

Yeni komitə yaradıldı

Xpress.az Redaksiyası 05.06.2026 18:00

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi qəbul edilib.

Bu barədə Xpress.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ölkəmizdə məhkəmə ekspertizası sahəsində milli standartlaşdırma sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu istiqamətdə institusional mexanizmlərin təkmilləşdirilməsi məqsədilə adıçəkilən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir.

Konsepsiyada məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması ilə bağlı müəyyən edilmiş tapşırığa uyğun olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun 2026-cı il 26 may tarixli qərarı ilə “Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitəsi (AZSTAND/TK 57) təsis edilib.

Yeni yaradılan Texniki Komitənin əsas fəaliyyət istiqamətlərinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan ISO və digər beynəlxalq standartların sistemli təhlili, dövlət standartları layihələrinin hazırlanması və peşəkar müzakirəsinin təşkili, onların aidiyyəti qurumlarla razılaşdırılması, qəbul edilmiş standartların dövlət reyestrinə və fonduna daxil edilməsi, habelə tətbiqini təmin edən metodiki sənədlərin işlənib hazırlanması daxildir.

Texniki Komitənin fəaliyyəti məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsinə, ekspertiza fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə töhfə verəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək