Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu aylarda doğulan insanların əsl sevgini daha gec...
Bu aylarda doğulan insanların əsl sevgini daha gec tapırlar
Cəmiyyət

Bu aylarda doğulan insanların əsl sevgini daha gec tapırlar

Xpress.az Redaksiyası 05.06.2026 18:35

Astrologiya və numerologiyaya görə, doğum ayı yalnız insanın xarakterinə deyil, həm də həyat yoluna, o cümlədən romantik münasibətlərinə təsir edə bilər. Bəzi insanlar gənclik illərini özünü tanımağa, karyera qurmağa, keçmiş emosional təcrübələrdən sonra bərpa olunmağa və həyatda öz yerini tapmağa həsr edirlər. Yalnız bu mərhələlərdən sonra onlar daha dərin münasibətlərə hazır olurlar. 

“Parade” jurnalının yazdığına görə, müəyyən aylarda doğulan insanların öz “ikinci yarılarını” daha çox yetkin yaşlarda tapdığı hesab olunur.

Məlumata görə, əsl sevgi ilə daha gec qarşılaşmaq mənfi hal deyil. Əksinə, həyat təcrübəsi insanın özünü, istəklərini və münasibətlərdə ehtiyaclarını daha yaxşı anlamasına kömək edir. Yanvar, aprel, avqust və noyabrda doğulan insanlar çox vaxt daxili yetkinliyə çatdıqdan sonra ciddi və uzunmüddətli münasibətlərə hazır olurlar.

Yanvar

Yanvarda doğulanlar adətən səbirli, disiplinli və uzaqgörən olmaları ilə seçilirlər. Onlar şəxsi həyatla bağlı mühüm qərarları tələsik vermirlər. Belə insanlar həm özlərinə, həm də potensial partnyora qarşı yüksək tələblər irəli sürürlər. Yanvar doğumlular – istər Oğlaq, istər Dolça bürcü altında olsunlar – əvvəlcə həyatlarında sabitlik qurmağa üstünlük verirlər. Yalnız bundan sonra ciddi münasibət barədə düşünməyə başlayırlar. Buna görə də onların əsl sevgisi daha gec gəlsə də, daha dayanıqlı və dəyərli ola bilir.

Aprel

Apreldə doğulan insanlar enerjili, maraqsevər və yeni təcrübələrə açıq olurlar. Gənclikdə onlar daha çox şəxsi məqsədlərə və özünü reallaşdırmağa fokuslanır, sabit münasibət axtarışını ikinci plana keçirirlər. Qoç və ya Buğa təsiri altında olan bu insanlar emosional yetkinliyə çatana qədər mühüm həyat dərsləri keçirlər. Zamanla öz istək və dəyərlərini daha yaxşı anlayırlar. Onlara uyğun insanla qarşılaşdıqda isə münasibətlər daha təbii və harmonik inkişaf edir.

Avqust

Avqustda doğulan insanlar çox vaxt diqqət cəlb etməyi bacaran xarizmatik şəxslər kimi tanınırlar. Lakin onların əsl sevgini tapması bəzən gözləniləndən daha uzun çəkir. Güclü xarakterə və yüksək ambisiyalara sahib olan bu insanlar yalnız romantika deyil, dərin emosional bağ axtarırlar. Şir və ya Qız bürcündə doğulanlar adətən bir neçə ciddi münasibət təcrübəsindən sonra ideal partnyor anlayışını formalaşdırırlar.

Noyabr

Noyabrda doğulan insanlar emosional dərinliyi və güclü intuisiyası ilə seçilirlər. Onlar ürəklərini asanlıqla açmır və potensial partnyoru diqqətlə qiymətləndirirlər. Əqrəb və Oxatan bürcündə doğulanlar həyatları boyu bir sıra daxili transformasiyalardan keçirlər. Onlar səthi münasibətlərə razı olmur və daha dərin bağ axtarırlar. Belə bir insanla qarşılaşdıqda isə uzunmüddətli uyğunluğu daha yaxşı dərk edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

16.11.2026 21:08 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq

16.11.2026 17:22 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Yeni ili xaricdə harada keçirmək daha sərfəlidir?-

16.11.2026 13:17 Cəmiyyət

Dünyanı təşvişə salan məlumatlar yayıldı, əhaliyə xəbərdarlıq edildi –

16.11.2026 13:02 Cəmiyyət

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

16.11.2026 12:45 İqtisadiyyat

Azərbaycanda iş elanı:

16.11.2026 12:10 Cəmiyyət

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər

16.11.2026 10:40 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək