Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu qaydanı bilməyənlər daha çox
Bu qaydanı bilməyənlər daha çox
Cəmiyyət

Bu qaydanı bilməyənlər daha çox CƏRİMƏ ÖDƏYİR

Xpress.az Redaksiyası 06.06.2026 07:54

Cari İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minib. Həmin vaxt balla qiymətləndirilən inzibati xətaların sayı 14 idi və ümumi bal sistemi 54 baldan ibarət idi.

Bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Kamal Cəfərov məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə sürücülər sistemdə mövcud olan bütün balların təxminən 37 faizini - yəni 20 balı topladıqda sürücülük hüququnu 6 aylıq itirirdilər.

Bu mexanizm o dövrün şərtlərinə uyğun şəkildə tənzimlənmişdi:

"Lakin son 10 il ərzində yol hərəkəti qaydalarında və mikromobillik sahəsində aparılan dəyişikliklər nəticəsində həm pozuntuların sayı, həm də balla qiymətləndirilən inzibati xətaların miqyası artıb. Belə ki, bu dövrdə balla ölçülən xətaların sayı 14-dən 27-yə, ümumi bal isə 54-dən 91-ə yüksəlib.

Bu da deməyə əsas verir ki, sürücülərin risk zonası və məsuliyyət dairəsi genişlənib, amma cəza limiti olduğu kimi qalıb.Hazırkı vəziyyətdə isə sürücülər sistemdəki ümumi balların cəmi 22 faizini toplamaqla sürücülük hüququnu itirirlər. Halbuki 2016-cı ildə bu göstərici 37 faiz idi".

Deputat qeyd edib ki, əvvəlki 37 faizlik nisbətin qorunması üçün riyazi baxımdan limitin 34 bala qaldırılması lazım gələrdi.

Bununla belə, cəzanın çəkindirici təsirini və mütənasibliyi saxlamaq məqsədilə daha ehtiyatlı yanaşma təklif edilir:

20 ballıq limitin 30 bala qaldırılması və ya aşağı riskli, infrastruktur xarakterli pozuntulara görə yalnız cərimə tətbiq olunması. Onun sözlərinə görə, bir çox ölkələrdə də oxşar yanaşmalar mövcuddur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək