Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Valideyn icazəsi olmadan sosial şəbəkəyə giriş müm...
Valideyn icazəsi olmadan sosial şəbəkəyə giriş mümkün olmayacaq? -
Cəmiyyət

Valideyn icazəsi olmadan sosial şəbəkəyə giriş mümkün olmayacaq? - KOMİTƏ SƏDRİ AÇIQLADI

Xpress.az Redaksiyası 08.06.2026 14:59

"Hazırda informasiya-kommunikasiya texnologiyaları dövrümüzün ən vacib tələblərindən biridir. Bu gün elə bir sahə yoxdur ki, yeni nəsil texnologiyaların xidmətindən istifadə edilməsin." Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova Xpress.az-a verdiyi şərhdə bildirib.


Komitə sədri qeyd edib ki, internet, sosial media hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır. Və indi demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Dövlətimiz tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə kompleks yanaşma nümayiş etdirilir. Belə ki, müvafiq strateji sənədlər, normativ hüquqi aktlar, fəaliyyət planları qəbul edilir. Həmçinin institusional mexanizm formalaşdırılır.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyevadır.
Əlbəttə ki, hər bir inkişafın pozitiv və neqativ tərəfləri var. Rəqəmsal inkişaf dövlətimiz üçün, qlobal çağırışlara hazır olmağımız üçün mühümdür. Lakin bu siyasət düşünülmüş şəkildə və vətəndaşlarımız, o cümlədən uşaqlarımız üçün faydalı şəkildə həyata keçirilir. Mümkün ola biləcək fəsadların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir. Gələcəyə olan ümid, sərmayəsidir. Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə qorunur. Onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Bu gün bir çox dövlətlərin qarşısında dayanan vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir.
Hansı problemlər var? Dünyada müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim. Məsələn, 10–15 yaşlı Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13–17 yaşlı qızların 71%-i, oğlanların isə 54%-i kiberzorakılıqla qarşılaşıb. Kiberhücumun nəticələri ciddidir: Amerikalı yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib. Kiberbullinqə məruz qalan yeniyetmələr arasında 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib.
Ən yüksək riskə malik platformalar: Instagram kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca Facebook (37%) və Snapchat (31%) gəlir. Digər tədqiqatlar YouTube-un ən yüksək göstərici olduğunu müəyyən edib: YouTube-dakı uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca Snapchat (69%), TikTok (64%) və Facebook (49%) gəlir.
Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-dən istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90,8 olub. Bu göstərici 6–15 yaş qrupu üzrə isə 90,1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirib.
Əlbəttə ki, bu rəqəmlər bizi düşündürür və eyni zamanda narahat edir. Uşaqların İKT-dən, sosial mediadan istifadə etməsi müsbət haldırmı? Yoxsa mənfi haldır? Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir: Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla bağlı müzakirələr aparılır.
Bu gün müzakirə etdiyimiz məsələnin məqsədi aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və mənfi psixoloji təsirlərdən qorumaqdır. Azərbaycanda 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Eyni zamanda uşaqların hüquqlarının qorunması ilə bağlı digər sahələrdə də yaş məhdudiyyətləri tətbiq olunmuşdur: məsələn, uşaqlara siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət qoyulub. Bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq edilib.
Həmçinin uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər tənzimlənmişdir. Bu prosesin davamı olaraq indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır.
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16–18 yaş arası yanaşma seçilmişdir. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16–18 yaş arası uşaqlar isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə edilə bilər.
Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.
Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir. Qanun dəyərli məqsədə — uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması günümüzün tələbidir. Övladımızın sağlamlığı, rifahı, gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Mövcud qanunvericiliyə edilən dəyişikliklər uşaqlarımızın hüquqlarının qorunmasına yönəlib və biz də bu dəyişiklikləri qəbul etməklə onlara daha təhlükəsiz bir həyat vermiş oluruq.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək