Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bitki yağları
Bitki yağları
Cəmiyyət

Bitki yağları KƏSKİN BAHALAŞDI – Son dörd ilin REKORD GÖSTƏRİCİSİ

Xpress.az Redaksiyası 09.06.2026 08:16

Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir.

Qeyd edək ki, dünya bazarında bitki yağının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Bitki yağının orta qiyməti 1,3% artaraq ton üçün 1505 dollar təşkil edib.

Hazırda Azərbaycanda bitki yağlarının qiymətində artım varmı?

Ötən illə müqayisədə Azərbaycanda əsasən günəbaxan yağında 1 litrinin orta qiyməti 4,53 manatdan 4,96 manata yüksəlib. Qarğıdalı yağında orta qiymət 6,02 manatdan 6,46 manata qalxıb. Zeytun yağı – 1 litrinin orta qiyməti 17,71 manatdan 18,12 manata yüksəlib.

İtisadçı-ekspert Elçin Əsədullayev Bizim.Media-ya belə bildirdi ki, ümumiyyətlə bitki yağları dünyanın hər yerində bahalaşmaya ən tez məruz qalan  məhsullardandır.

“Müşahidələr göstərir ki, hətta digər ərzaq məhsullarının qiymətində cüzi artım olanda həm kərə, həm bitki yağlarında qiymətdə daha çox yüksəlmə olur. Bunun da əsas səbəbi odur ki, bu məhsullar üzrə yerli istehsal azdır, ölkədə istehsal kimi görünən məhsulun bir hissəsi əslində idxal edilmiş xammalın emalından, yaxud qablaşdırılmasından ibarətdir. Bitki yağına olan tələbat daha çox idxaldan asılıdır, ona görə də yağ idxal etdiyimiz ölkələrdə qiymət artımları belə vəziyyətə gətirib çıxarır”.
 

Qeyd edək ki, Azərbaycana növündən asılı olaraq bir neçə tədarükçü ölkədən  bitki yağı gətirilir. Günəbaxan yağı üzrə idxal əsasən Rusiyadandır. Soya yağı üzrə isə əsas tədarükçü Argentinadır. 2025-ci ildə Azərbaycana idxal olunan 169 min ton soya yağının təxminən 128,5 min tonu Argentinadan gəlib.  


Türkiyədən Azərbaycana günəbaxan, qarğıdalı və zeytun yağları idxal olunur. 2025-ci ildə bu məhsullar üzrə idxalın dəyəri təxminən 2,25 milyon ABŞ dolları olub. Türkiyənin payı daha çox qablaşdırılmış və markalı istehlak yağlarındadır.  

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək