Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Övladlar arasında seçim etməyin
Övladlar arasında seçim etməyin
Cəmiyyət

Övladlar arasında seçim etməyin AQİBƏTİ - Əmlak bağışlama ailəyə necə nifaq salır?

Xpress.az Redaksiyası 09.06.2026 14:50

Valideynin öz əmlakı üzərində sərbəst qərar vermək haqqı və rəsmi hüququ var. Yəni ixtiyarında olan mal-mülkü sağlığında istənilən şəxsə bağışlaya bilər. Bu ailə üzvləri, övladları da ola bilər, tamamilə yad adam da. Lakin ailə münasibətləri yalnız hüquqi normalarla deyil, həm də ədalət, bərabərlik prinsipləri ilə ölçülür. Bir övlada əmlak bağışlanıb digər övladların kənarda saxlanılması hüquqi baxımdan mümkün olsa da, bu qərar sosial və etik cəhətdən xoş qarşılanmır.

Sosioloqlar bildirirlər ki, bu cür seçim ailədə inciklik, nifaq yaradır, eyni zamanda övladın valideyndən inciməsinə də səbəb olur. Zamanla ən ciddi qarşıdurmalara, qardaş-bacı münasibətlərinin pozulmasına gətirib çıxarır.

Bəs hüquqi cəhətdən yanaşanda bağışlama (hədiyyə etmə) yoxsa mirasqoyma – hansı daha etibarlıdır?

Qanunvericilik baxımından bağışlama və miras fərqlidir və ayrı hüquqi nəticələri var. Hər iki məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənsə də, bağışlama şəxsin sağlığında öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququndan irəli gəlir, miras isə şəxsin vəfatından sonra qalan əmlakın varislər arasında bölüşdürülməsi qaydalarını müəyyən edir.
 

Məhz buna görə də valideynin bir övladına əmlakı bağışlaması hüquqi baxımdan mümkün sayılsa da, bu hal ailədaxili bərabərlik və sosial ədalət baxımından müzakirə mövzusu olaraq qalır. Qanun mülkiyyətçinin iradəsini qoruyur, lakin ailə münasibətlərində ədalət anlayışına cavabdeh deyil.


Etibarlılıq məssələsinə gəlincə isə hüquqşünaslar bildirilər ki, düzgün, notarial qaydada və dövlət qeydiyyatı ilə rəsmiləşdirilmiş bağışlama müqaviləsi sonradan miras bölgüsündən daha az mübahisə yarada bilər.

Bir şəxs bağışlanma yolu ilə müəyyən əmlak alıbsa, bu fakt onun digər əmlaka miras hüququnu avtomatik olaraq aradan qaldırmır. Əgər həmin şəxs qanuni və ya vəsiyyət üzrə varisdirsə, mərhumun ölümündən sonra qalan əmlakdan da miras payı ala bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək